
Leksik təhlil aparılarkən aşağıdakılar göstərilir:
- Sözün leksik mənası;
- Həqiqi və məcazi mənada işlənməsi;
- Sözün çoxmənalı və ya təkmənalı olması;
- Omonim, sinonim yaxud da antonim səciyyəli olub-olmaması;
- Ümumişlək olub-olmaması;
- Mənşəyinə görə hansı dilə məxsus olması.
- Leksik təhlil nümunələri:
“Qələm”
- Leksik mənası — «yazı aləti».
- Həqiqi mənada işlənir.
- Omonim deyil, xüsusi isimdir.
- Sinonimi yoxdur.
- Antonimi yoxdur.
- Ümumişlək sözdür.
- Alınma sözdür.
“Qazanc”
- Leksik mənası – «gəlir».
- Həqiqi mənada işlənir. Müəyyən məqamlarda məcazi mənada da işlənə bilər.
- Omonim söz deyil.
- Sinonimləri «fayda, mənfəət» sözləridir.
- Antonimi «itki» sözüdür.
- Ümumişlək sözdür.
- Əsl Azərbaycan sözüdür.
“Mehriban”
- Leksik mənaya malikdir.
- Həqiqi mənada işlənir. Müəyyən məqamlarda məcazi mənada da işlənə bilir.
- Omonim söz deyil.
- Sinonimi “gülərüz, səmimi” sözləridir.
- Antonimi “qəddar” sözüdür.
- Ümumişlək sözüdür.
- Alınma sözüdür.
Sozlerin tehlili zorluq cekirem
Asandi bir cetinlik yoxdur
Məndə edə bilmirem tam olaraq bunu tam verin