
Fel şəkillərinin rəvayəti felin sadə şəkillərinə imiş hissəciyi əlavə etməklə düzəlir.
İmiş hissəciyi saitlə qurtaran fel şəkillərində ayrı, samitlə qurtaranlarda isə həm ayrı, həm də bitişik yazılır. Мəsələn:
gəlməli imiş, bilə imişsən, görəsi imiş, alırmış, alacaq imiş, almış imiş və s.
İdi hissəciyindən fərqli olaraq imiş hissəciyi öz qısa variantında bəzən şəxs şəkilçilərindən sonra artırıla bilir. Məsələn:
alırmışsan — alırsanmış, gələsi imışsən — gələsisənmiş, bilməli imişik – bilməliyikmiş və s.
İmiş hissəciyi felin əmr şəklinə və şühudi keçmişə artırıla bilmir.
İmiş hissəciyinin qısa -mış4 forması ilə nəqli keçmiş zamanın -mış4 şəkilçisini qarışdırmaq olmaz. Birinci felin sadə şəkillərinə artırıldığı halda, ikinci bilavasitə felin kökünə və уa başlanğıc formasına artırılır. Məsələn:
Şühudi keçmiş | Fel şəkillərinin rəvayəti |
gəlmişəm | gəlirmişəm, gəlirəmmiş |
gəlmişik | gəlirmişik, gəlirikmiş |
gəlmişsərı | gəlirmişsən, gəlirsənmiş |