Print

Азербайджанский язык, Zerflərin mənaca növləri

8 Bəyənmə Şərh yazmaq

Zərfin aşağıdakı məna növləri vardır:

  1. Terzi – hərəkət zerfləri
  2. Zaman zərfləri
  3. Yer zərfləri
  4. Miqdar zərfləri

Tərzi – hərəkət zərfləri hərəkətin icra terzini bildirir və necə?nə cür? suallarına cavab olur.

Sürətlə, yavaş, yeyin, sakitcə, dərhal, sevincək, saymazyana, birdən-birə, mənalı-mənalı, taybatay və s. tərzihərəkət zərfləridir.

Zaman zərfləri hərəkətin icra olunduğu zamanı bildirir və nə zaman? nə vaxt? haçan? suallarına cavab olur.

Bu gün, dünən, həmişə, indi, sabah, çoxdan, daim, ara-sıra, hərdənbir və s. zaman zərflərididr.

Qeyd: Sabah, gecə, gündüz, səhər, axşam, günorta və s. kimi sözlər yerinə görə həm də isim ola bilər. Bu sözlər isim olanda əşyanın adını bildirərək nə? sualına cavab verir. Məsələn, Biz bu axşamı çoxdan gözləyirdik. Bir bahar səhəri idi.

Bu sözlər zerf olanda özündən sonrakı felin zamanını bildirir, nə vaxt? nə zaman? haçan? suallarına cavab verir. Məsələn, Sabah yola düşməliyik. O, bizə günorta gələcək.

Yer  zərfləri hərəkətin icra olunduğu teri bildirir və hara? haraya? harada?haradan? suallarına cavab olur. İçəri, yuxarı, aşağı, irəli, irəliyə, geri, geriyə, bəri, ora, bura, sağa – sola, orda – burda və s. yer zərfləridir.

Yer zərfləri məkan mənalı isimlərlə qarışdırılmamalıdır. İsmin məkanı – qrammatik hallarında (yönlük, yerlik və çıxışlıq hallarında) işlənən kənd, qəsəbə, rayon, şəhər, Bakı, Sumqayıt və s. kimi sözlər bu vaxt cümlədə yer zərflikləri olsalar da, əşyanın adını bildirdiklərinə görə isimdir. Onları yer zərfi hesab etmək olmaz.

Miqdar zərfləri hərəkətin miqdarını və ya dərəcəsinibildirir, nə qədər? neçə-neçə? nə dərəcədə? sualına cavab olur.

Az, çox, bir az, bir qədər, bu qədər, xeyli, az-az, çox-çox, az-çox, bir-bir, birə – bəş və s. miqdar zərfləridir. 

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: