Print

Dialektologiya. Azərbacan dilinin quruluşu və tarixi haqqında

1 Bəyənmə Şərh yazmaq

Mətbuatda, radio – televiziyada, kitablaarda, əsasən, ədəbi dildən istifadə olunur. Ancaq cəmiyyətdə ədəbi dildən başqa müəyyən ərazilərlə bağlı dilo variantları, məhəlli dil xqsusiyyətləri də  mövcuddur. Həmin yerli-məhəlli danışığa dialekt və ya şivə deyilir. Məsələn, ədəbi dildə «baaxır, gəlir, qurur, görür» kimi sözlər dialektdə «baxer, gəler, quror,  görör» kimi işlənir.

Dialekt və şivəni öyrənən dilçilik sahəsinə dialektologiya deyilir. 

Vaxtilə bir çox şivələrdə – məhəlli danışıqlarda bəzi qədim  sözlər vardır ki, onların  bir qismi tarixən dilimizdə işlənib, lakin indi o sözlər istifadədən çıxmışdır. Elə qədim sözlər qorunub saxlanılır. Bunun qçqn də dialetlər dilimizin tarixini, inkişaf mərhələlərini öyrənməkdə çox böyük rol oynayır.

Bədii əsərlərdə obrazların dilini fərdiləşdirmək üçün müəllif bəzən dialektlərdən istifadə edir. Bədii əsərlərdə işlənən bu cür məhəlli xüsusiyyətlər dialektizmlər adlanır.

Azərbaycan  dili azərbaycanlıların doğma dilidir. Dünyanın müxtəlif ölkələrində azərbaycanlılar yaşayır və  həmin azərbaycanlılar ana dili kimi bu dili işlədirlər. Bütövlükdə, bütün dünyada azerbaycanlıların sayı 35 milyonu keçir. Deməli, bu dil 35 milyondan çox azərbaycanlıya xidmət edir.

Vaxtilə Azərbaycanda yaşayan, məskunlaşan bir sıra azsaylı etnik qruplar – talışlar, kürdlər, ləzgilər, udilər, avarlar, tatlar, saxurlar və s. üşün də Azərbaycan dili ünsiyyət vasitəsi, 2ci ana dili olmuşdur.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: