Print

Uşaqlarınız üçün ən yaxşı onlayn ingilis dili kursları hansılardır?

12 Bəyənmə Şərh yazmaq

İngilis dili övladınıza verə biləcəyiniz ən dəyərli hədiyyələrdən biridir. İngilis dili bilənlər çox vaxt daha çox qazanır, əla universitetlərə daxil olur və səyahət etməyi asanlaşır. Bir sözlə, uşaqlıqda ingilis dilini öyrənməklə siz sonrakı həyatınızda uğur qazanmağa nail olursunuz.

Onlayn dərslər uşağınıza lazımsız xərc və ya logistika problemi olmadan stressiz bir şəkildə ingilis dilini ikinci dil olaraq öyrənməsinə kömək etmək üçün əla bir yoldur. Uşaqlar üçün onlayn ingilis dili dərsləri və tətbiqləri üçün aşağıdakı tövsiyyələrimiz var.

Hansı növ onlayn ingilis dili kursları mövcuddur?

Onlayn öyrənmənin iki əsas kateqoriyası var:

  • Bir mütəxəssisin uşağınızı öyrətdiyi onlayn tyütor xidmətləri
  • Tyütorlarsız tətbiqlər və veb saytlar

Bunların hər ikisinin müsbət və mənfi cəhətləri var. Aşağıda bu fərqli kateqoriyalara və mövcud siniflərə və tətbiqlərə daha ətraflı baxacağıq.

Uşaqlar üçün ən yaxşı 6 ingilis dili dərsləri: tyütorluq, kurslar və tətbiqlər

Onlayn tyütor xidmətləri

DillBill

dillbill.com  övladınızın ixtisaslı, ingilis dili müəllimi ilə kiçik qruplar şəklində xarici dil öyrənə biləcəyi Azərbaycanın ilk  onlayn ingilis dili platformasıdır. Tutorlar övladınızın dil səviyyəsinə və ehtiyaclarına uyğun olaraq dərs keçə və tədris materialları təqdim edə bilərlər. Bu tədris materiallarının hər biri peşəkar müəllim və mütəxəssis heyəti tərəfindən hazırlanmışdır. Eyni zamanda, övladınız ödənişsiz səviyyə testindən keçə bilirlər. Bir qrupda övladınızla eyni səviyyədə olan maksimum 2 və ya 3 uşaq olacaqdır.

Övladınız “DillBill”də ingilis dilini ənənəvi formada deyil, oyunlarla öyrənəcək ki, bu da onun marağını və həvəsini artıracaq. Səbrli və peşəkar müəllimlər isə onlara diqqətlərini cəmləşdirməyə kömək edəcəklər.

DillBill”də dərsləri öz rejiminizə və istəyinizə uyğun seçə bilərsiniz, ancaq bir iş çıxsa və dəyişiklik etməyə ehtiyac yaranarsa, bu, mümkündür, çünki tyütorların da qrafiki dəyişkəndir. Dərslərin qrafikini günün istənilən vaxtı üçün planlaşdıra bilərsiniz. Çünki müəllimlərin iş saatları dəyişkəndir. Övladınızın ingilis dili öyrənməsinə başlamasını istəyirsinizsə, bu, çox yaxşıdır! Övladınızın sevəcəyi  bir tyütor tapmaq üçün ixtisaslaşan müəllimlər üzrə hazırlanan məlumat bazamızı axtarmağa çalışın.

Qiymət

Həftədə 3 dəfə 1 saatlıq dərs 129 AZN-dir.

Üstünlüklər

Təcrübəli müəllimlə eyni səviyyəli uşaqlarla qrup dərsi (maksimum 2 və ya 3 uşaq).

NovaKid

NovaKid 2-12 yaş arası uşaqlar üçün hazırlanmış onlayn dil proqramıdır. Siz bir neçə dərs materialı ala bilərsiniz və uşağınız hər həftə fərdi müəllimin köməyi ilə öyrənmə materialı üzərində işləyir.

Övladınızın tyütorlarını seçə bilməzsiniz və proqramın sabit qiyməti var. Bu seçimin olmaması mənfi cəhətlərdən biridir. Bununla belə görüntülü söhbət üzərində təkbətək tədris prinsipinin olması effektivdir!

Qiymət

4 dərsin qiyməti 34 dollar, 8 dərsin qiyməti 61.60 dollar, 12 dərsin qiyməti isə 86.40 dollardır.

Üstünlüklər

Əlverişli qiymətə dərslər

Çatışmazlıq

Tyütor seçiminin olmaması

Tyütorlarsız tətbiq və veb sayt

Duolingo

Əgər siz tez tez “ana, telefonunda oynaya bilərəmmi?” sualını eşidirsinizsə, yəqin ki, Duolingo yükləmək vaxtıdır! Duolingo dil öyrənməyi oyuna çevirdiyinə görə dünyanın ən çox yüklənən tətbiqidir.

Rahat dizaynı və asan istifadəsi gənc öyrəncilərin ingilis dilini inkişaf etdirmələri üçün əyləncəli yoldur. Tətbiq əsasən lüğətlə məhdudlaşsa da Duolingo uşaqları əyləndirərək dil öyrənmələrinə başlatmaq üçün yaxşı bir yoldur.

Qiymət

Duolingo Plus üçün pulsuz və ya ayda 7.33 dollar

Üstünlüklər

Oyun tərzli tətbiq olması uşaqları əyləndirəcək.

Çatışmazlıq

Əsasən yalnız lüğətlə məhdudlaşır.

British Council: Uşaqlara ingilis dili öyrətmə

İngilis dilini özünüz onlayn öyrənmisinizsə, yəqin ki, British Council veb saytı və saytın pulsuz öyrənmə mənbələri ilə tanışsınız. Onların mütəxəssisləri uşaqların ingilis dilini inkişaf etdirmələri üçün söz oyunları və tapşırıqları da hazırlamışlar. Veb saytın dizaynı köhnədir, lakin uşağınızı özünüz öyrətmək istəyirsinizsə, saytda ingilis dili dərsi verməyinizə kömək edəcək bir çox faydalı material var.

İngilis dilində hekayələr və əyləncəli mahnılar öyrədən videoları olan fantastik YouTube kanalı da var. Uşağınız yatarkən onlara nəsə oxunmasını sevirsə, bu, ingilis dilini öyrətməyin gündəlik həyatınıza inteqrasiya etməyin bir yolu ola bilər! 2-6 yaş arası uşaqlar üçün Timmi ilə öyrənmə videoları inanılmaz gözəldir.

Qiymət

Pulsuz

Üstünlük

Uşaqların zövq alacağı çoxlu mənbə

Çatışmazlıq

Yalnız mənbələrin olması, tyütor yoxdur.

Fredisalearns

Fredisalearns ingilis dilini ümumiyyətlə bilməyən uşaqlar üçün dərslər olan bir onlayn kursdur. Orta səviyyədə danışa bilənlər üçün də burada kurs var. Sınaq dərsləri pulsuzdur, lakin uzunmüddətli istifadəçilər üzvlük almalıdırlar.

Kurslar müxtəlif yaş və ingilis dili səviyyələri üçün uyğundur, lakin müəllimlə öyrənmək imkanı yoxdur. British Council veb saytı kimi, Fredisalearns da əslində öyrənmək üçün mənbə və tapşırıqlar toplusudur. Övladınız bundan zövq alırsa, bu üsul nisbətən ucuzdur, buna görə də bu üsul büdcəniz üçün yaxşı bir seçim ola bilər.

Qiymət

6 ay üçün 40 dollar

Üstünlüklər

Bir uşağın işləyə biləcəyi strukturlaşdırılmış mənbələr

Çatışmazlıq

Yalnız mənbələrin olması, tyütor yoxdur.

Lingokids

2-8 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş Lingokids bir çox mükafatlara layiq görülmüş böyük təhsil tətbiqidir. Rəngarəng və aktualdır.

Valideynlərin uşaqlara dərslərdə kömək etmələri tövsiyə olunur, buna görə də ailə yönümlü bir tətbiq axtarırsınızsa, bu, sizin üçün ən yaxşı seçimdir! Övladınızın müstəqil olaraq edə biləcəyi bir şey axtarırsınızsa, başqa bir seçim daha uyğun ola bilər.

Qiymət

LingoKids premium üçün pulsuz və ya hər il 60 dollar

Üstünlüklər

Uşaqlar üçün əyləncəli təcrübə

Çatışmazlıq

Yalnız mənbələrin olması, tyütor yoxdur.

Uşaqlar üçün onlayn ingilis dili dərslərinin 5 faydası

Getdikcə daha çox valideyn uşaqlarını ənənəvi dil məktəblərindən çox onlayn ingilis dili dərslərinə “göndərməyi” seçir. Tətbiqdən fərqli olaraq onlayn tyütor ilə işləməyin bir çox faydası var. Onlayn dərslərin əla seçim olduğunun beş səbəbi:

Rahatdır

Uşağınızı dil məktəbinə göndərsəniz, bu, bir ailə olaraq boş vaxtınıza təsir edə bilər. Onları məktəbə aparıb gətirmək dəyərli vaxtınızın itməsinə səbəb olacaqdır. Məktəb günü də uşaqlar üçün yorucu ola bilər.

Onlayn dərslərin rahatlığı həm uşaqlar, həm də valideynlər üçün əladır. Övladlarınız evdən dərs alsalar, onlar divanda oturub dərs oxuyarkən özünüzə diqqət ayıra bilərsiniz. Burda da qazanırsınız!

Öyrənməni əlçatan edir

Onlayn ingilis dili dərsləri ilə uşağınız özünəməxsus şəkildə öyrənə bilər. Birincisi, uşağınız sinif şəraitində olduğundan daha çox ingilis dilində danışma təcrübəsi əldə edəcək və burada onunla ana dilində ünsiyyət quracaq şagirdlər olmayacaq. İkincisi, hər dərs öz axarında davam edəcək. Övladınız bir şeyi anlamasa, tyütor o, başa düşənə qədər üzərində işləyəcək. Üçüncüsü, uşaqlar (xüsusilə gənclər) böyüklərin diqqətini çəkməyi sevirlər! Kiçik öyrəncilərimizin bir çoxu onlayn tyütorları ilə vaxt keçirməyi səbirsizliklə gözləyirlər. “Görülmə” və dəstəklənmə hissi ingilis dilini öyrənməyi daha da əyəncəli edir!

Xərc baxımından sərfəlidir

Onlayn ingilis dili dərsləri fərdi dərslərdən daha ucuzdur. Aylıq 40 dollara həftəlik dərslər təşkil edə bilərsiniz ki, bu qiymətə bir dil məktəbində bir-iki saatlıq dərs ala bilərsiniz. Dərsləri tamamlamaq üçün çox sayda onlayn pulsuz mənbələr də mövcuddur.

Bəzi valideynlər bu cür aşağı qiymətə təhsilin də keyfiyyətinin aşağı olacağından qorxurlar. Lakin araşdırma aparıbüsulları düzgün seçirsinizsə, bu qorxuya ehtiyac yoxdur!

“DillBill” sizə büdcənizə uyğun ingilis dili dərsləri təklif edir. “DillBill”ə qoşulmaqla siz günün müəyyən vaxtlarında sizə təklif olunan dərslərdən cədvəlinizə uyğun olan saatı seçməklə dərslərə qoşula və özünüzü inkişaf etdirə bilərsiniz.

Daha əyləncəlidir

21-ci əsrdə valideynlərin əsas mübarizələrindən biri də övladını internetdən uzaqlaşdırmaqdır. Bir çox uşaq planşetlərdən, telefonlardan və kompüterlərdən ayrılmır. Onlayn ingilis dili dərsləri ilə onların ekrana olan sevgisi böyük fayda verəcək!

Övladınız təcrübəli müəllimlə məşğul olacaq və zövq aldığı mövzularda əyləncəli oyunlara qatılacaq. Bir çox onlayn ingilis tyütoru öyrənmənin əyləncəli olanda daha təsirli olduğunu bildikləri üçün uşaqlara “ev tapşırığı” üçün söz oyunları qurur!

Vaxt baxımından münasib

Uşağınızı ənənəvi dil məktəblərinə göndərirsinizsə, onların da cədvəlini nəzərə alıb işləməlisiniz. Onlayn ingilis dili dərsləri daha münasibdir.

Onlayn dərs alırsınızsa, dərsləri məktəb və müəllimdən çox özünüz və uşağınız üçün münasib vaxta planlaşdıra bilərsiniz.

Nəticə

Uşağınız üçün onlayn ingilis dili dərsləri təşkil etmək məsuliyyətli bir addımdır. Övladınıza ingilis dilini öyrənmək üçün bir başlanğıc vermək onları gələcəyə yönəldə bilər, məktəbdə və xaricdə üstün olmalarına kömək edə bilər.

Onlayn tətbiqlərin və mənbələrin bir çox faydası var və bəzi uşaqlar onlardan istifadə etməyi sevirlər.

Lakin “DillBill”ə qoşulmaqla övladlarınız peşəkarlardan fərdi və qrup şəklində dərslər alacaqlar ki, bu üsul dil öyrənmədə daha effektivdir.

Tez tez soruşulan suallar

Övladıma evdə ingilis dilini necə öyrədə bilərəm?

Övladınıza ingilis dilini şəxsən öyrətmək istəyirsinizsə, əvvəlcə uşağınızın bacarıq səviyyəsinə əsaslanan bir sıra dərs materiallarına və fəaliyyətlərə ehtiyacınız olacaq. Sonra uşağınızın ingilis dili dərslərinə nə qədər müddət fikrini cəmləşdirə bildiyinə diqqət yetirin və sonra bu müddətə uyğun onlayn fəaliyyətlər tapın. Dil səviyyəsini yüksəltmək üçün fləşkardlar, oyunlar, oxu və danışma məşqləri kimi öyrənmə üsullarından istifadə edin, onları yeni ingilis sözləri ilə tanış edin. Kağız üzərində tapşırıqlar da uşağın qrammatika və söz ehtiyatı ilə məşğul olması üçün əla bir yoldur.

Ən yaxşı onlayn ingilis dili kursu hansıdır?

British Council tərəfindən təqdim olunan “Learn English Kids” övladları üçün öyrənmə materiallarına və mənbələrə ehtiyacı olan valideynlər üçün ən yaxşı seçimlərdən biridir. Övladınız üçün kurs, müəllim və ya tyütor axtarırsınızsa, “DillBill”ə qoşulmaq əla bir seçimdir: sizə münasib olan vaxta və uşağınız üçün sahib olduğunuz bacarıq səviyyəsinə və məqsədlərinizə uyğun bir tyütor tapa bilərsiniz.

Uşaqların ingilis dilini öyrənməsi vacibdirmi?

İngilis dili onların ana dili deyilsə, uşaqların öyrənməsi faydalı ola bilər, çünki böyüklər kimi ingilis dilində səlis danışmağın faydası çoxdur. İndi bir çox valideynlər uşaqları üçün onlayn ingilis dili kursları seçirlər, çünki bu, daha rahatdır və ənənəvi dil məktəblərindən daha ucuzdur.

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir