
Xəbər mübtəda ilə şəxsə görə həmişə uzlaşır. Mübtəda hansı şəxsdədirsə, xəbər də həmin şəxsdə olur, həmin şəxsin şəkilçisini qəbul edir. Məsələn, Mən dostumla bir yerdə idim. Onlar bu hadisəyə görə çox şad oldular. Sən bu məsələni çox böyüdürsən.
Xəbər mübtəda ilə kəmiyyətə görə də uzlaşır. Mübtəda tək olanda xəbər də tək olur, mübtəda cəm olanda xəbər də cəm olur. Məsələn, Mən gəlirəm.Sən gəlirsən. O gəlir. Biz gəlirik. Siz gəlirsiniz. Onlar gəlirlər.
III şəxsdə xəbər mübtəda ilə kəmiyyətə görə uzlaşdıği kimi, uzlaşmaya da bilər. Bu, aşağıdakı kimi olur:
- Mübtəda insan anlayışı bildirirsə, kəmiyyətə görə uzlaşma, əsasən, olmalıdır: Uşaq← oynayır. Uşaqlar← oynayırlar.
- Mübtəda digər canlılar olarsa, kəmiyyətə görə uzlaşma ola da bilər, olmaya da bilər: Həyvanlar yatmışdılar. Heyvanlar yatmışdı (-)
- Mübtəda cansız əşya olarsa, xəbər III şəxsin cəmində kəmiyyətə görə uzlaşa bilməz: Otlar saralmışdı (-)
Cümlənin ikinci dərəcəli üzvləri.
İkinci dərəcəli üzvlər baş üzvlərə aid olub onları müxtəlif cəhətdən izah edir. Tamamlıq, təyin, zərflik cümlənin ikinci dərəcəli üzvləridir. Tamamlıq və zərflik xəbərlə bağlı olur və xəbəri izah edib aydınlaşdırır. Təyin mübtəda, tamamlıq və əşya bildirən başqa üzvlərə aid olur.
Supet
Sağ olun.😊☺🌸🌼
Mən 4-cü sinifəm.Bu müptəda ilə xəbər asandıymış.Çox sağ olun😊☺🌸🌼
Müptəda və xəbər👧👑
Harada olursan ol Göybulaqda Ağılı ol😎😎
Sənin başın çatır?Ay Kənan
Sağ olun Olun ela
Qaydaya görə çox sağ olun ☺️