Print

Şəkilçilərin yazılışı

539 Bəyənmə 21 Şərh

Dilimizdə dörd cür, iki cürbir cür yazılan şəkilçilər vardır.

Dörd cür yazılan şəkilçilərin tərkibində qapalı saitlər -ı, i, u, ü iştirak edir. Dörd cür yazılan şəkilçilərin üzərində 4 yazılır.

Dörd cür yazılan şəkilçilər:

  • -in, -ın, -un, -ün = -in4;
  • -dı, -di, -du, -dü = -dı4;
  • -çı, -çi, -çu, -çü = -çı4;
  • -lı, -li, -lu, -lü = -lı4;
  • -sız, -siz, -suz, -süz = -sız4 və s.

 

İki cür yazılan şəkilçilərin tərkibində aə açıq saitləri iştirak edir. Digər açıq şəkilçilər, yəni e, o, ö öz sözlərimizin son hecalarında işlənmədiklərindən, şəkilçilərdə də iştirak edə bilmir. İki cür yazılan şəkilçilərin üzərində isə 2 yazılır.

İki cür yazılan şəkilçilər:

  • -ma, -mə = -ma2;
  • -da, -də = -da2;
  • -lar, -lər = -lar2;
  • -ar, -ər = -ar2;
  • -acaq, -əcək = -acaq2; və s.

 

İki cür və dörd cür yazılan şəkilçilər kökə ahəng qanununun tələbinə uyğun olaraq qoşulur. Məsələn: qapıçı, biçinçi, odıınçu, üzgüçü, qazma, çəkmə və s.

Bir cür yazılan şəkilçilər: –dar, -keş, -saz və s.

Bir cür yazılan şəkilçilər ahəng qanununa tabe olmur. Məsələn, -daş şəkilçisi qoşulduğu sözün saitindən asılı olmayaraq bir cür yazılır: əməkdaş, çağdaş, yoldaş, yurddaş və s. Bir cür yazılan şəkilçilərin çoxu dilimizdə alınma sözlərin şəkilçiyə çevrilməsi nəticəsində əmələ gəlmişdir: -kar, xana, -keş, -dar, -pərvər, -pərsst və s.

Şəkilçilər birhecalı (4, -ın4, -dı4, -lı4, -ar2, -lar2 və s.) və ikihecah (-ası2, -acaq2, -dıqda4, -ımtrf4, -mcı4 vo s.) olur.

Sözə saitlə başlanan şəkilçi qoşulduqda həm sözün, həm də şəkilçinin heca quruluşunda dəyişiklik baş vermir. Məsələn: ki-tab – ki-ta-bın, ağ – a-ğım-tıl, a-dam – a-da- ma, gəl – gə-lə-cək və s.

Saitlə qurtaran sözə saitlə başlayan şəkilçi qoşulanda sözlə şəkilçi arasında y, n, s bitişdirici samitləri əlavə olunur: oxuyacaq, işləyəcək, dalğanın, körpünün, bacısı və s.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.4/5 - (188 votes)

Digər maraqlı məqalələrimiz

loading...

21 comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: