
Fellər zamana görə də dəyişir. Bu kateqoriya felin özünəməxsus xüsusiyyətlərindən biri sayılır. Hərəkət icra olunub qurtara, davam edə və yaxud da davam oluna bilər. Buna görə də felin üç zamanı vaıdır:
- Keçmiş zaman
- İndiki zaman
- Gələcək zaman
Keçmiş zaman
Keçmiş zaman iki cür olur:
- Şühudi keçmiş zaman
- Nəqli keçmiş zaman
Şühudi keçmiş zaman
Şühudi keçmiş zaman hərəkətin keçmişdə icra olunub- olunmadığını bildirir. -dı4 şəkilçisi vasitəsilə yaranır. Məsələn: bax+dı, gör+ dü, al+dı və s.
İşin neçənci şəxs tərəfindən görüldüyünü göstərmək üçün şühudi keçmiş zamanda fellərə müvafıq şəxs şəkilçiləri artırılır:
Mən qaçdım Biz qaçdıq
Sən qaçdın Siz qaçdınız
О qaçdı(-) Onlar qaçdılar
Nəqli keçmiş zaman
Nəqli keçmiş zaman keçmişdə icra edilmiş və ya edilməmiş hərəkət haqqında nəql yolu ilə məlumat verildiyini bildirir. -mış4 və ya -ıb4 şəkilçisi vasitəsilə yaranır. Məsəbn: bax+mışıq, gör+müşük, sat+mışsınız, al+mışlar, yaz+ıbsınız, al+ıbsınız və s.
Nəqli keçmiş zamanda olan fellər aşağıdakı kimi şəxsə və kəmiyyətə görə dəyişir:
Mən oturmuşam Biz oturmuşuq
Sən oturmuşsan Siz oturmuşsunuz
O oturmuşdur Onlar oturmuşlar
II şəxsin təkində və cəmində -mış4 şəkilçisinin son samiti həm tələffüzdə, həm də yazılışda buraxıla bilər. Məsələn:
baxmışsınız – baxmısınız, görmüşsünüz – görmüsünüz, gəlmişsiniz – gəlmisiniz və s.
I şəxsin təki və cəmi -ıb4 şəkilçisi ilə işlənə bilmir:
Mən — Biz —
Sən gəlibsən Siz gəlibsirıiz
О gəlib(dir) Onlar gəliblər
III şəxsin təkində -ıb4 şəkilçisindən sonra şəxs sonluğu əlavə etməmək də olar. Məsələn: О baxıbdır – О baxıb.
Gələcək və indiki zaman yoxdur.
var
Alt hissədə var
Tesekkurler
Mən oturmuşam – bunun nəyi keçmiş zamandır axı? Düzəldin səhvinizi. Bu indiki zamandır.
Mən oturmuşam keçmiş zamandadır,mən otururam olsaydı onda indiki zaman olardı ,mən oturacam olsaydı onda da gələcək zaman olacaqdı .
Yəni mən oturmuşam keçmiş zamandır .
Beli . Mış miş şəkilçiləri keçmiş zaman şəkilçisidir.
Keçmiş zamandır, müəllim😉 çünki oturmaq bir dəfəlik prosesdir, oturursan və səndən soruşanda deyirsən ,artıq oturmuşam. Otururam desə idik, siz deyən kimi indiki zamanda olardı
orda ir şəkilçisi görürsən ki indiki zaman olsun
Keçmiş zamandadır müəllim😉 mən otururam olsa idi sizlə razılaşmaq olardı yəni mən otururam olsa idi indiki zamanda olardı
Bu kecmis davam edici zamandir. Men oturmusham . Hereket bitmediyi ucun kecmis davam edici zamandi cunki hereket helede icra olunur. Men oturmushdum. Bu kecmis bitmish zamandi . Cunki hereket icra olunub ve bitib.
Mellim bes şexse gore deyisende nece olur maq,meq indiki ve kecmis zamanda
Siz ozunuzu yaxsi hiss edirsiniz?
ela, men beyendim, bunnarda artigi olsaydi ela olardi
Tamamilə amma tamamilə doğru
duzgun yazilar deyil
Düz yzılmayıb məlumatlat. Biz də ib şəkilçisi yoxdu. Bu ayrı ayrı ləhcələrdə istifadə olunan şəkilçilərdi.
Rəsmi məktəb kitablarında və qayda kitablarında -ıb4 şəkilçisi verilir və dildə işlədilir. Hətta deyərdim -miş dan çox ,-ıb istifadə edirik
qaydaları düz oxuyun..orada verilib ib şəkilçısi…
Virus exe in this site have viruses
Məsləhətləşiblər feili hansı zamandadır?
keçmiş zaman
Keçmiş zaman
Gelirdim feili hansi zamandadir?
Keçmiş zaman
gəlirdim feili indiki zamandadır ır şəkilçisi dı isə ididi m şəxs sonluğu
Doğrudur
Keçmiş zaman
gəlirdim feili indiki zamandadır ır şəkilçisi dı isə ididi m şəxs sonluğudur
Düzgün izah edilib yalandan bura yazmayın ki, bu səhvdir, o səhvdir hamısı düzdü
indiki zamandadir. Çünki orada gəl sözün kökü, ir indiki zaman şəkilçisi, di idi hissəciyinin qısaldılmış forması(zamanı olmur və feilin zamanına tısir etmir) m isə şəxs şəkilçisinin qısaldılmışıdır. Qısaca bu söz indiki zamandadır. Ən azından bu ilki təhsil sistemində
👍👍👍👍
Çox pisdir birazda yaxşı ola bilər di biyabırçılıq qarma qarışıq yazılıb😒
Baxin meselen deyirem anam magizine gedir bu indiki andir
Əla
Uçuruq hansı zamandı ?
Indiki davam edici zaman
İndiki😂
Salam
sa 🙂
ass
Yes olllllllleyyyyyyyyy jokerrrrrrrrrr
Cagirmisdi hansi zamandi?
Keçmiş
Gəlmişsiniz sözündə ş səsi ancaq şifahi nitqdə düşür yazılı nirtdə düşmür.
Azərbaycan dili orfoqrafik lüğətində yoxdu bu qayda. bunu düzəldərsiniz zəhmət olmasa
bir də digər şərh yazan şəxslərdən xahiş edirəm səhv taparkən və ya fikir bildirərkən nə isə bir əsasla deyin fikrinizi …