Leksik təhlil

Leksik təhlil aparılarkən aşağıdakılar göstərilir:

  • Sözün leksik mənası;
  • Həqiqi və məcazi mənada işlənməsi;
  • Sözün çoxmənalı və ya təkmənalı olması;
  • Omonim, sinonim yaxud da antonim səciyyəli olub-olmaması;
  • Ümumişlək olub-olmaması;
  • Mənşəyinə görə hansı dilə məxsus olması.
  • Leksik təhlil nümunələri:

“Qələm”

  1. Leksik mənası — «yazı aləti».
  2. Həqiqi mənada işlənir.
  3. Omonim deyil, xüsusi isimdir.
  4. Sinonimi yoxdur.
  5. Antonimi yoxdur.
  6. Ümumişlək sözdür.
  7. Alınma sözdür.

“Qazanc”

  1. Leksik mənası – «gəlir».
  2. Həqiqi mənada işlənir. Müəyyən məqamlarda məcazi mənada da işlənə bilər.
  3. Omonim söz deyil.
  4. Sinonimləri «fayda, mənfəət» sözləridir.
  5. Antonimi «itki» sözüdür.
  6. Ümumişlək sözdür.
  7. Əsl Azərbaycan sözüdür.

“Mehriban”

  1. Leksik mənaya malikdir.
  2. Həqiqi mənada işlənir. Müəyyən məqamlarda məcazi mənada da işlənə bilir.
  3. Omonim söz deyil.
  4. Sinonimi “gülərüz, səmimi” sözləridir.
  5. Antonimi “qəddar” sözüdür.
  6. Ümumişlək sözüdür.
  7. Alınma sözüdür.
Bəyəndinizsə paylaşın:Share on Facebook
Facebook
4Share on Google+
Google+
0Tweet about this on Twitter
Twitter
Share on VK
VK
Share on LinkedIn
Linkedin
Bəyənmə sayı: 74 Çapa göndərmək Çapa göndərmək
loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *