
LEKTİON 3.19 – FUTUR 1
Bu zaman forması azərbaycan dilində felin kökünə -acaq, -əcək, -yacaq, -yəcək şəkilçilərindən biri artırılmaqla düzəldilir. Məsələn:
Mən təhsilimi Bakıda davam etdirəcəyəm.
Alman dilində isə Futur I gələcək zaman forması şəkilçi vasitəsi ilə deyil, köməkçi werden feli vasitəsi ilə düzəlir.
1-ci yerdə mübtəda İch |
2-ci yerdə werden werde |
3-cü, 4-cü, 5-ci … digər cümlə üzvləri mein Studium in Baku |
sonda Infinitiv fortsetzen. |
1-ci yerdə köməkçi fel Werde |
2-ci yerdə mübtəda ich |
3-cü, 4-cü, 5-ci … digər cümlə üzvləri mein Studium |
sonda Infinitiv fortsetzen? |
1-ci sual Was |
2-ci köməkçi werde |
3-cü mübtəda ich |
və s. qalanları — |
sonda İnfinitiv fortsetzen? |
Deməli, Futur I zaman forması üçün vacib olan fel werden köməkçi felidir. Çünki şəxslər üzrə məhz həmin fel dəyişir, əsas fel isə cümlənin sonunda məsdərdə, yəni İnfinitivdə dayanır. Elə isə gəlin werden köməkçi felinin şəxslər üzrə dəyişməsi, yəni təsrifi qaydası ilə tanış olaq:
- ich werde
- du wirst
- er wird
- sie wird
- es wird
- wir werden
- ihr werdet
- sie werden
- Sie werden
İndi isə bir necə nümunə cümlələr yazaq:
Sən bizə gləcəksən.
Sən bizə gləcəksən? Biz bu gün valideynlərimizə baş çəkəcəyik. Biz bu gün valideynlərimizə baş çəkəcəyik? Biz valideynlərimizə nə vaxt baş çəkəcəyik? Onlar haraya gedəcəklər? |
Du wirst zu uns kommen.
Wirst du zu uns kommen? Wir werden heute unsere Eltern besuchen. Werden wir heute unsere Eltern besuchen? Wann werden wir unsere Eltern besuchen? Wohin werden sie gehen? |
Cədvəldə müvafiq olaraq verilmiş Futurum I zaman formasında olan
1. nəqli cümlə
2. sual sözsüz sual cümləsi
3.sual sözsüz sual cümləsi
dediklərimizin başa düşülməsində yəqin ki, Sizə qismən də olsa kömək edəcəkdir.
MƏNBƏ: www.deutsch.az