Eyniköklü sözlər

Eyni kökdən əmələ gələn sözlər eyniköklü sözlər adlanır. Məsələn, əkəkin-əkinçi, susuçu-sulamaq-sulu, bağbağça-bağban-bağçı-bağlıq-bağsız-bağçı, kəs(mək)-kəskin- kəsik-kəsici və s.

Eyniköklü sözlər kökləri eyni olan düzəltmə sözlərdir. Onlar eyni kökə leksik şəkilçilər artırmaqla düzəlir. Eyniköklü sözlər, nümunələrdən göründüyü kimi, həm eyni bir nitq hissəsinə, həm də müxtəlif nitq hissələrinə aid ola bilir. Məsələn, gül ismindən düzəlmiş gülçü-güllük-güldan eyni- köklü sözlərinin hamısı isimdir. Ot ismindən düzəlmiş otlaq-otlu-otla sözlərinin isə birincisi isim, ikincisi sifət, üçüncüsü feldir.

Eyniköklü sözlər formasına görə də dəyişə bilir, yəni isimlər hallanır, mənsubiyyətə görə dəyişir, cəmlənir, şəxs (xəbərlik) şəkilçisi qəbul edir; fellər isə inkar şəkilçisi qəbul edir, zamana, şəxsə görə dəyişir. Bu vaxt sözün leksik mənasında heç bir dəyişiklik baş vermir. Məsələn, su-suyun, suyumuz, sudur, suya, suyu, sular; suçu — suçudur, suçunun; sula – sulamalıdır, sulamışdır, sulamışam, sulama və s.

Bəyəndinizsə paylaşın:Share on Facebook1Share on Google+0Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 41 Çapa göndərmək Çapa göndərmək
loading...
Наша фирма предлагает заказать заказ еды по телефону для вас по низким ценам.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir