Print

Tamamlıq. Azərbaycan dili

6 Bəyənmə Şərh yazmaq

Tamamlıq xəbərdən asılı olub hərəkət və əlamətin obyektini bildirir.

Tamamlıq xəbərə idarə əlaqəsi ilə bağlanır və ismin yönlük, təsirlik, yerlik, çıxışlıq hallarının suallarına (kimə?, nəyə?, kimi?, nəyi?, nə?, nədə?, kimdən?, nədən?) cavab olur. İsmin adlıq və yiyəlik hallarından başqa, qalan bütün hallarda əşya, obyekt bildirən sözlər və birləşmələr cümlədə tamamlıq olur.

Tamamlıq, əsasən, isim və əvəzliklə, elacə də sifət, say, zərf, məsdər, feli sifət, ikinci və üçüncü növ təyini söz birləşmələri, məsdər və feli sifət tərkibləri ilə ifadə oluna bilir. Məsələn, Bunları mənim atam yollayıb. Cedəni qaytarmazlar. O, bizə irəlini göstərdi. Hər kəs on birinciləri təbrik etdi.

Nitq hissələri ilə ifadə olunan tamamlıqlar sadə, söz birləşmələri ilə ifadə olunan tamamlıqlar mürəkkəb tamamlıqlar adlanır. Məsələn, Dpyüşçü tanka yaxınlaşdı. Mən səni tanımıram. Qırmızını daha çox sevirəm. Hamı birincilərə qayğı ilə yanaşırdı. Gərək sabahı da düşünəsən. O, yaxınlaşana diqqətlə baxdı. Oxumağı hər şeydən üstün tutmalısan. Bulaq  suyundan doyunca içdik. Rasimin qardaşına kömək etdim. O, dostları ilə kinoya getməyi xoşlayır. Onu gözləyənlərin hamısını diqqətlə süzdü.

Tamamlıqlar iki cür olur: vasitəsiz tamamlıqlar və vasitəli tamamlıqlar.

Vasitəsiz tamamlıq ismin təsirlik halında olur, kimi? nəyi? nə? (bəzən də haranı?) suallarına cavab verir və cümlədə  təsirli tellərlə ifadə olunan xəbərə tabe olur.

Vasitəsiz tamamlıqlar iki yerə bölünür: müəyyənlik bildirən vasitəsiz tamamlıqlar və qeyri – müəyyənlik bildirən vasitəsiz tamamlıqlar.

Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar müəyyən təsirlik halında olan, kimi?, nəyi? suallarına cavab vərən sözlər və söz birləşmələri ilə ifadə olunur. Məsələn, O, tüfəngi divara söykədi. Dostum mənim kitabımı gətirdi. İlqar usağı da özü ilə aparadı. Yağış komamızı uçurur.

Qeyri – müəyyənlik bildirən vasitəsiz tamamlıqlar qeyri – müəyyən təsirlik halında olan, nə? sualına cavab verən sözlər və söz birləşmələri ilə ifadə olunur. Məsələn, Bacım kitab oxuyur. İnşaatçılar işaq bağçası tikirdilər. Mən Əhmədə kitab verdim. Salman dayı həyətdə odun  toplayırdı. Qeyri- müəyyən vasitəsiz  tamamlıq formal olaraq mübtədaya oxşasa da, onları asanlıqla bir- birindən fərqləndirmək olur. Bələ ki, tamamlığa təsirlik halın şəkilçisini artırmaq olur, mübtədaya isə yox. Dıgər tərəfdən qeyrı – müəyyənlik bildirən vasitəsiz tamamlıqlar həmişə tabe olduqları felin bilavasitə yanında olur, onun yerini dəyşdikdə isə cümlənin məzmunu pozula bilər (Bənna ev tikir – Evi bənna tikir).

Vasitəli tamamlıqlar ismin yönlük, yerlik, çıxışlıq hallarında olan sözlər və söz birləşmələri ilə ifadə olunur; ilə, üçün, ötrü, qarşı, haqqında, barəsində qoşmaları ilə işlənir.

Vasitəli tamamlıqlar kimə? nəyə? kimdə? nədə? kimdən? nədən? kim ilə? nə ilə? kim üçün? nə üçün? və s. suallarına cavab olur. Məsələn, Mən bu xəbəri uşaqlardan eşitdim.

Müəllim sagirdi ilə fəxr edir. Həkimlər bizim sağlamlığımız  üçün çalışırlar.

Vasitəsiz tamamlıqlar yalnız təsirli feli xəbərlə bağlı ola bildiyi halda,  vasitəli  tamamlıqlar həm təsirli, həm təsirsiz feli xəbərlərlə, həm də ismi xəbərlə bağlı ola bilir.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Tamamlıq. Azərbaycan dili
5 / 1 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: