Dərs 7.9 – Məqsəd budaq cümləsi

LEKTİON 7.9 – der Finalsatz

Məqsəd budaq cümləsi wozu? «nə üçün?», zu welchem Zweck? «nə məqsədlə?» suallarına cavab verir və baş cümləyə damit «ki», «ona görə ki» bağlayıcısı ilə qoşulur.

Sag es ihm noch einmal, damit er es nicht vergisst.
Bunu ona bir də de ki, (o bunu) unutmasın.

Məqsəd budaq cümləsi damit bağlayıcısı ilə işlənərkən mənaca um … zu + məsdər qrupuna uyğun gəlir.

Baş və budaq cümlədə müxtəlif mübtədalar olarsa bu zaman məqsəd budaq cümləsi damit bağlayıcısı ilə işlənir. Azərbaycan dilində isə həmin cümlə aşağıdakı formalarda və vasitələrlə verilə bilər.

Der Lehrer wiederholt die Regel noch einmal, damit alle Studenten sie verstehen.
Müəllim qaydanı bir də izah edir ki, tələbələr onu başa düşsünlər.
Müəllim qaydanı ona görə bir də izah edir ki, tələbələr onu başa düşsünlər.
Tələbələrin başa düşməsi üçün müəllim qaydanı bir də izah edir.
Tələbələr başa düşsünlər deyə müəllim qaydanı bir də izah edir.

Baş və budaq cümlədə eyni bir mübtəda olarsa bu zaman məqsəd budaq cümləsi um … zu + məsdər qrupu il işlənir. Azərbaycan dilində isə həmin cümlə aşağıdakı formalarda və vasitələrlə verilə bilər.

Die Studenten lesen die Regel zweimal, um sie zu verstehen. 
Tələbələr qaydanı iki dəfə oxuyurlar ki, onu başa düşsünlər.
Tələbələr qaydanı ona görə iki dəfə oxuyurlar ki, onu başa düşsünlər.
Tələbələr başa düşmək üçün qaydanı iki dəfə oxuyurlar.
Tələbələr başa düşsünlər deyə qaydanı iki dəfə oxuyurlar.

MƏNBƏ: www.deutsch.az

Bəyəndinizsə paylaşın:Share on Facebook0Share on Google+0Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 0 Çapa göndərmək Çapa göndərmək
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir