
LEKTİON 4.8 – der GENİTİV
İsimlərin yiyəlik halı deyərkən əsasən mənsubiyyət bildirilir, yəni nəyinsə kimə, nəyinsə nəyə aid/mənsub olduğu bildirilir. Bu halın sualları canlılar üçün kimin? və cansızlar üçün nəyin? olduğu halda, alman dilində həm canlılar və həm də cansızlar wessen? olur.
Kişi və orta cinsli isimlərin Genitiv halı təkdə müəyyən artikillər 2 üsulla düzəlir:
– zəif hallanma üzrə
– qüvvətli hallanma üzrə
-e, -ent, -ant, -ad, -nom, -log, -graf, -arch, -ist
Eləcə də bir neçə soluğu olmayan kişi cinsli isimlər də bu hallanma növünə daxildir.
Mensch, Held, Herr, Bär, Nachbar, Architekt, Philosoph, Poet, Zar
einige Völkernamen:
der Bayer, der Pommer, der Ungar … (+n)
der Tatar, der Kroat, der Barbar … (+en)
und einige Sachnamen:
Planet, Komet, Satellit
Bu hallanmada müəyyən artikl təkdə ümumi qayda üzrə hallanır. İsmin özü isə NOMİNATİV haldan başqa bütün digər hallarda -(e)n sonluğu qəbul edir. Məhz bu əlamətinə görə zəif hallanma adlanır.
– s – sonluğu çoxhecalı,
– es – sonluğu təkhecalı isimlərə artırılır.
İndi isə bir neçə nümunəyə baxaq:
das Fenster və der Lift isimlərində fikir versək görərik ki, das Fenster çoxhecalı, der Lift isə təkhecalıdır. Yəni GENİTİV halda həmin isimlər aşağıdakı kimi olacaq:
GENİTİV: des Fensters
GENİTİV: des Liftes
MƏNBƏ: www.deutsch.az