Print

The Noun – İşim

13 Bəyənmə Şərh yazmaq

Əşyanın və ya şəxsin adını bildirən əsas nitq hissəsidir. Buraya  təkcə konkret şeylər deyil, əşya və ya şəxsə aid olan mücərrəd sözlər də isim qrupuna daxildir:

insanlara və əşyalara xas olan keyfiyyət ifadə edən sözlər:

  • beauty – gözəllik
  • heroism – qəhrəmanlıq
  • youth – gənclik

əlamə ifadə edən sözlər:

  • highness – alihəzrət
  • strongth – güc

hərəkətlərin isim kimi işlənməsi (cerund – felin isimləşməsidir)

  • writing – yazı
  • running – qaçıs
  • conversation – söxbət

mücərrəd məvhumluq ifadə edən sözlər:

  • time – vaxt
  • Information – məlumat
  • progress – tərəqqi, inkişaf
  • friendship – dostluq
  • knowledge – bilik

leksik – morfoloji quruluşuna görə isimlər 3 yerə bölünür:

  • sadə isimlər – the simple nouns
  • düzəltmə isimlər – the derivative nouns
  • mürəkkəb isimlər – the compound nouns

sadə isimler – tək bir kökdən ibarət olur:

  • a pen – qələm, a bag – çanta, a girl – qız

düzəltmə isimlər – kök və şəkilçidən ibarət olur. Şəkilçilər də öz növbəsində iki yerə ayrılır. Funksional baxımdan sözdüzəldici (leksik) və sözdəyişdirici (qrammatik), mövqe baxımndan suffiks, prefiks və infiks olur:

  • suffikslər (sona qoşulan)  a child – uşaq, childhood – uşaqlıq
  • prefikslər (önə qoşulan) a president – prezident, an ex- president – sabiq president
  • infikslər (mürəkkəb sözlər arasında işlədilən) a fater – in -law – qay(ı)nata

mürəkkəb isimlər – 2-və ya daha artıq kökdən ibarət olur və 3 cür yazılır. Bunun aydın bir qaydası yoxdur. Bu səbəbdən də tam əmin olunmadığı halda mürəkkəb isim iki ayrı söz şəklində yazıla bilər:

  • bitişik – a butterfly  kəpənək
  • defislə – a baby – sitter  uşaq baxıcısı
  • sözönü ilə – a mother – in -law – qay(ı)nana

leksik mənasına görə isimlər 2 yerə bölünür:

  • ümumi isimlər – the Common nouns (aid olduğu bütöv bir sinfi bildirən isimlərdir)
  • xüsusi isimlər – the Proper nouns (ümumi isimlərdən hər hansı birini digərlərindən fərqləndirmək üçün verilən addır)

Ümumi isimlər də öz növbəsində 2 yerə ayrılır:

  • konkret isimlər – the Concrete nouns (gözlə görülən, toxunulan, dadılan və təmas olunan isimlərdir)
  • mqcərrəd isimlər – the Abstract noun (gözlə görülə, bilməyən, toxunulmayan və dadılmayan isimlərdir)

Konkret isimlər də öz növbəsində 2 yerə ayrılır:

  • sayıla bilən isimlər – The Countable nouns / count noun
  • sayıla bilməyən isimlər – The Uncountable nouns – noncount noun

İsim cümlənin istər baş üzvləri, istərsə də ikinci dərəcəli üzvləri vəzifəsində çıxış edə bilir:

  • mübtəda: The teacher ( kim?)  explained the new rule – Müəllim yeniqaydanı izah etdi.
  • xəbər: My elder brother is a doctor (nəçidir?) –  Mənim böyük qardaşım həkimdir. 
  • tamamlıq: The students translated the text ( nəyi?) in time – Tələbələr mətni vaxtında tərcümə etdilər.
  • təyin: There are computer (hansı?)  classes in our school  – Məktəbimizdə kompüter otaqları var.
  • zərflik: yer zərfliyi: We shall be in Baku (harada?) soon – Biz  tezliklə Bakıda olacağıq.
  • zaman zərfliyi: Children rest in different places in summer (nə vaxt?) – Uşaqlar yayda müxtəlif yerlərdə dincəlirlər.

Qeyd: ismin təyin vəzifəsində  cıxış etməsi onun ” nisbi sifət” olması anlamını verir. Bir sözü eyni anda bir və ya bir neçə isim təyin edə bilər (a). Bu halda söz birləşməsinin söz sırasına da xüsusilə fikir verilməlidir (b) :

  • a vegetable garden – tərəvəz baxçası . World Tennis Championship – Dünya tennis çempionatı.
  • a wine glass – bir (boş) şərab qədəhi /stəkanı
  • a glass of  wine – bir (dolu) qədəh/stəkən şərab.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: