Dərs 2.2 – Alman dilində işarə əvəzlikləri

LEKTİON 2.2 – die Demonstrativpronomen

Bu dərsimizdə alman dili işarə əvəzliklərinin öyrənilməsinə başlayırıq. İşarə əvəzliklərindən istifadə edərkən həmin əvəzliklərin deyilişi mütləq barmaq və ya baş hərəkətləri ilə də müşayət edilir. Alman dili işarə əvəzliklərini başa düşə bilmək üçün gəlin əvvəlcə azərbaycan və alman diliışarə əvəzliklərinin qarşılıqlı cədvəlinə nəzər salaq.

təkdə

bu 
kişidieser
təkdə

bu 
qadındiese
təkdə

bu
ortadieses
cəmdə

bunlardiese
təkdə


kişijener
təkdə


qadınjene
təkdə

o
ortajenes
cəmdə

onlarjene

Alman dili işarə əvəzliklərinin hallanması və ya onlardan sonra sifətlərin işlədilməsi qaydası müəyyən artikllərin hallanması və ya onlardan sonra sifətlərin işlədilməsi ilə tam eyniyyət təşkil edir. Yəni
der = dieser/jener,
die = diese/jene,
das = dieses/jenes,
və cəmdə
die = diese/jene 

Bir neçə misallar göstərək:

der junge Mann  və ya dieser junge Mann  və ya jener junge Mann
die schöne Frau və ya diese schöne Frau  və ya jene schöne Frau
das kleine Kind  və ya dieses kleine Kind  və ya jenes kleine Kind

cəmdə isə
die jungen Männer və ya diese jungen Männer və ya jene jungen Männer

İşarə əvəzlikləri də eyni ilə təkdə və cəmdə müəyyən artikllər kimi hallanır. Yəni işarə əvəzliklərinin hallanması haqqında məlumat almaq üçün müəyyən artikllərin hallanmasını təkrar etmək yetərlidir. Sadəcə müvafiq müəyyən artikllərin yerinə işarə əvəzliklərini qoyun.

MƏNBƏ: www.deutsch.az

Bəyəndinizsə paylaşın:Share on Facebook1Share on Google+0Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 0 Çapa göndərmək Çapa göndərmək
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir