Dərs 7.1 – Nəqli cümlə

LEKTİON 7.1 – der Aussagesatz

Alman dilində də bütün dillərdə olduğu kimi ən sadə danışıq strukturu nəqli cümlələrdə, yəni sonunda nöqtə qoyulan cümlələrdə olur. Ən sadə və anlaşıqlı cümlə ən azı iki sözdən ibarət olur. Hərəkəti icra edəndən, yəni subyektdən (das Subjekt) və hərəkəti bildirən sözdən, yəni feldən/xəbərdən (das Verb).

Misal üçün: İch lerne. – Mən öyrənirəm.

Bu cümlədə ich/, yəni mən/ hərəkəti icra edən, yəni, subyekt lerne/, yəni öyrənirəm/ isə xəbərdir.
Bundan sonra cümləyə digər sözlər, yəni digər cümlə üzvləri də artırmaqla cümləni istədiyimiz qədər genişləndirə bilərik.

DİQQƏT!/ amma unutmayın ki, tərkibində bir xəbər olan nəqli cümlədə əsasən subyekt 1-ci, xəbər isə həmişə 2-ci yerdə olur. Qalan cümlə üzvləri isə bunlardan sonra gəlir. Gəlin nümunə cümləmizi bir gədər genişləndirək, yəni oraya digər cümlə üzvü də əlavə edək:

Mİsal üçün:   İch lerne heute.      Mən bu gün öyrənirəm.

Bu cümləyə heute, yəni bu gün sözünü (zaman zərfini) əlavə edək. Dedik ki, xəbər həmişə 2-ci yerdə, subyekt isə əsasən 1-ci yerdə olur. Bu isə o deməkdir ki, subyekt 1-ci yerdə də, amma xəbərdən sonra 3-cü yerdə də gələ bilər.
Gəlin daha yaxşı başa düşə bilmək üçün hər iki varianta baxaq:

BİRİNCİ VARİANT:   İch lerne heute.   –   Mən bu gün öyrənirəm.
İKİNCİ VARİANT:   Heute lerne ich.   –   Mən bu gün öyrənirəm.

Hər iki varianta baxarkən alman dilində xəbərin həmişə 2-ci yerdə olduğunu görürük. Digər cümlə üzvləri yerini dəyışsə də, tək xəbərli nəqli cümlədə xəbər həmişə yalnız 2-ci yerdə gəlir.

Zaman zərfi dediyimiz wann, yəni nə vaxtnə zaman sualına cavab verən cümlə üzvü digər cümlə üzvlərinin sayının nə qədər çox olmasına baxmayaraq bir qayda olaraq, nümunədən də gördüyünüz kimi ya 1-ci, ya da 3-cü yerdə gəlir.

Nümunə cümləmizi bir qədər də genişləndirək, yəni oraya daha bir cümlə üzvü də əlavə edək:

İch lerne heute Deutsch.   –   Mən bu gün alman dili öyrənirəm.

Bu cümlədə Deutsch, yəni alman dili sözünü əlavə etdik. Amma bu söz cümlənin əvvəlki quruluşuna təsir etmədi. Yəni cümlənin əvvəlki quruluşu olduğu kimi qaldı.
Nümunə cümləmizi daha bir qədər də genişləndirək, yəni oraya daha bir cümlə üzvü də əlavə edək:

İch lerne heute in Baku Deutsch.   –   Mən bu gün Bakıda alman dili öyrənirəm.

Gördüyünüz kimi əlavə edilən bu cümlə üzvü də əvvəlki subyekt/xəbər/zaman zərfi ardıcıllığına təsir etmədi.

MƏNBƏ: www.deutsch.az

Bəyəndinizsə paylaşın:Share on Facebook1Share on Google+0Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 1 Çapa göndərmək Çapa göndərmək
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir