Print

Felin zamanları. Keçmiş zaman

868 Bəyənmə 46 Şərh

Fellər zamana görə də dəyişir. Bu kateqoriya felin özünəməxsus xüsusiyyətlərindən biri sayılır. Hərəkət icra olunub qurtara, davam edə və yaxud da davam oluna bilər. Buna görə də felin üç zamanı vaıdır:

  1. Keçmiş zaman
  2. İndiki zaman
  3. Gələcək zaman

Keçmiş zaman

Keçmiş zaman iki cür olur:

  1. Şühudi keçmiş zaman
  2. Nəqli keçmiş zaman

Şühudi keçmiş zaman

Şühudi keçmiş zaman hərəkətin keçmişdə icra olunub- olunmadığını bildirir. -dı4 şəkilçisi vasitəsilə yaranır. Məsələn: bax+dı, gör+ dü, al+dı və s.

İşin neçənci şəxs tərəfindən görüldüyünü göstərmək üçün şühudi keçmiş zamanda fellərə müvafıq şəxs şəkilçiləri artırılır:

Mən qaçdım                    Biz qaçdıq
Sən qaçdın                      Siz qaçdınız
О qaçdı(-)                      Onlar qaçdılar

Nəqli keçmiş zaman

Nəqli keçmiş zaman keçmişdə icra edilmiş və ya edilməmiş hərəkət haqqında nəql yolu ilə məlumat verildiyini bildirir. -mış4 və ya -ıb4 şəkilçisi vasitəsilə yaranır. Məsəbn: bax+mışıq, gör+müşük, sat+mışsınız, al+mışlar, yaz+ıbsınız, al+ıbsınız və s.

Nəqli keçmiş zamanda olan fellər aşağıdakı kimi şəxsə və kəmiyyətə görə dəyişir:

Mən oturmuşam               Biz oturmuşuq
Sən oturmuşsan                Siz oturmuşsunuz
O oturmuşdur                   Onlar oturmuşlar

II şəxsin təkində və cəmində -mış4 şəkilçisinin son samiti həm tələffüzdə, həm də yazılışda buraxıla bilər. Məsələn:

baxmışsınız – baxmısınız, görmüşsünüz – görmüsünüz, gəlmişsiniz – gəlmisiniz və s.

I şəxsin təki və cəmi -ıb4 şəkilçisi ilə işlənə bilmir:

Mən —                             Biz —
Sən gəlibsən                   Siz gəlibsirıiz
О gəlib(dir)                    Onlar gəliblər

III şəxsin təkində -ıb4 şəkilçisindən sonra şəxs sonluğu əlavə etməmək də olar. Məsələn: О baxıbdır – О baxıb.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.4/5 - (425 votes)

Digər maraqlı məqalələrimiz

loading...

46 comments

    1. Mən oturmuşam keçmiş zamandadır,mən otururam olsaydı onda indiki zaman olardı ,mən oturacam olsaydı onda da gələcək zaman olacaqdı .
      Yəni mən oturmuşam keçmiş zamandır .

    2. Keçmiş zamandır, müəllim😉 çünki oturmaq bir dəfəlik prosesdir, oturursan və səndən soruşanda deyirsən ,artıq oturmuşam. Otururam desə idik, siz deyən kimi indiki zamanda olardı

    3. Bu kecmis davam edici zamandir. Men oturmusham . Hereket bitmediyi ucun kecmis davam edici zamandi cunki hereket helede icra olunur. Men oturmushdum. Bu kecmis bitmish zamandi . Cunki hereket icra olunub ve bitib.

    1. Rəsmi məktəb kitablarında və qayda kitablarında -ıb4 şəkilçisi verilir və dildə işlədilir. Hətta deyərdim -miş dan çox ,-ıb istifadə edirik

    1. Dünən Bakıya gəlirdim, yolda maşın xarab oldu. Dünən olan cümlə necə indiki zaman ola bilər?!

  1. indiki zamandadir. Çünki orada gəl sözün kökü, ir indiki zaman şəkilçisi, di idi hissəciyinin qısaldılmış forması(zamanı olmur və feilin zamanına tısir etmir) m isə şəxs şəkilçisinin qısaldılmışıdır. Qısaca bu söz indiki zamandadır. Ən azından bu ilki təhsil sistemində

  2. Gəlmişsiniz sözündə ş səsi ancaq şifahi nitqdə düşür yazılı nirtdə düşmür.
    Azərbaycan dili orfoqrafik lüğətində yoxdu bu qayda. bunu düzəldərsiniz zəhmət olmasa

    bir də digər şərh yazan şəxslərdən xahiş edirəm səhv taparkən və ya fikir bildirərkən nə isə bir əsasla deyin fikrinizi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: