Dərs 3.5 – Yalnız hal tələb edən fellər

LEKTİON 3.5 – die Fallverben

Yalnız hal tələb edən fellər deyərkən nə başa düşülməlidir?

Siz bilirsiniz ki, əsasən bütün dillərdə fellərin idarəsi, yəni onların özlərindən sonra gələn ismin hansı halda durmasını təkləb etmələri kimi qrammatik xüsusiyyətləri vardır. Bəs biz necə müəyyən edək ki, qarşımıza çıxan isim hansı halı tələb edir? – Bu sualı cavablandırmaq indi elə də çətin deyil. Nə üçün çətin deyil?:

Biz bilirik ki, fellər şəxslərə görə, yəni cümlənin mübtədasına görə, daha başqa cür desək subjektə görə təsrif edilir. Bu isə o deməkdir ki, feldən heç bir zaman subyektə/mübtədaya sual verilməz. Çünki subjekt həmişə Nominativ halda olur və başqa halda ola bilməz. Bundan çıxış edərək belə qənaətə qəlirik ki,

0. feldən Subjektə sual verilmir. Yəni felin Nominativ tələb edir deməsi doğru deyil.
1. Biz 3.3 dərsimizdə fellərin heç bir zaman Genitiv hal tələb etmədiyini öyrəndik.
2. Biz 3.4 dərsimizdə daimi önlüklü fellərin siyahısı ilə tanış olduq.
3. Biz 3.3 dərsimizdə fellərin tələb etdiyi halı suallarfeldə sual verməklə təyin etməyi bildik, yəni:
a) feldən çıxış edərək sonra gələn ismə –    kimə? nəyə? (wem?) sualı verilirsə deməli fel Dativ hal tələb edir.
b) feldən çıxış edərək sonra gələn ismə –    kimi? nəyi? (wen?) sualı verilirsə deməli fel Akkusativ hal tələb edir.

Bütün dediklərimizdən çıxış edərək yalnız hal tələb edən felləri necə təyin edək?

1. Felin daimi önlüklü olmadığını siyahı ilə təyin edək. Əgər fel daimi önlüklüdürsə, orad tam məlumat var.
2. Genitiv hal tələb edə bilmədiyi bəllidir.
3. a) feldən ismə Dativ halın suallarını verək:     wem? / kimə? nəyə?
b) feldən ismə Akkusativ halın suallarını verək:     wen? was? / kimi? nəyi?

Əgər feldən çıxış edərək feldən sonra gələn ismə bu hallardan birinin sualını verə biliriksə, deməli fel müvafiq olaraq həmin halı tələb edir. Fikrimizi əsaslandırmaq üçün gəlin bir felə müraciət edək. Məsələn, lieben – sevmək feli:

Ich liebe meine Muttersprache.
Mən ana dilimi sevirəmirəm.

1. Felin daimi önlüklü olmadığını siyahı ilə təyin edək. Əgər fel daimi önlüklüdürsə, orada tam məlumat var.
2. Genitiv hal tələb edə bilmədiyi bəllidir.
3.İndi isə lieben felindən çıxış edərək ondan sonra gələn ismə qalan 2 halın mevafiq suallarını verək:

a).Mən sevirəm. (Burada: kimə? nəyə? suallarını vermək olmur, deməli Dativ də deyil.)
b).Mən sevirəm. (Burada: kimi? nəyi? suallarını vermək olur, deməli Akkusativdir.)

Beləliklə biz lieben felinin Akkusativ hal tələb etdiyini təyin edə bildik.

Gəlin indi də helfen – kömək etmək felinə baxaq:
Ich helfe meiner Schwester.
Mən bacıma kömək edirəm.

1. Felin daimi önlüklü olmadığını siyahı ilə təyin edək. Əgər fel daimi önlüklüdürsə, orada tam məlumat var.
2. Genitiv hal tələb edə bilmədiyi bəllidir.
3. İndi isə feldə çıxış edərək feldən sonra gələn ismə qalan 2 halın mevafiq suallarını verək:

a). Mən kömək edirəm. ( kimi? nəyi?, suallarını vermək olmur, deməli Akkusativ deyil.)
b). Mən kömək edirəm. ( kimə? nəyə?), suallarını vermək olur, deməli Dativ hal tələb edir.)

Amma belə hallar da var ki,:
fel bir deyil iki halı da tələb edə bilir. Yəni cümlıədə bir neçə subjekt / isim varsa feldən çıxış edərək onlara həm Dativ, həm də Akkusativ halların suallarını vermək olur.

Lakin belə bir halla da rastlaşmaq olur ki,

1. fel daimi önlüklü deyil
2. feldən Dativ halın sualını vermək olmur
3. feldən Akkusativ halın sualını vermək olmur

Bu zaman bilməliyik ki, bu fellər də önlük tələb edirlər. Amma bu önlüklər daimi önlüklər deyil. Felin işlənmə yerindən və ondan çıxış edərək verilən suallardan aıslı olaraq önlüklər də, hallar da dəyişilə bilər. Yəni belə demək olar ki, bu önlüklər sərbəst önlüklərdir. Çünki, öz məqsədimizdən və marağımızdan asılı olaraq biz onları dəyişə bilirik. Daimi önlüklü fellərdə isə nə önlüyü, nə də halı dəyişmək bizim istəyimizdən asılı deyil.

MƏNBƏ: www.deutsch.az

Bəyəndinizsə paylaşın:Share on Facebook0Share on Google+0Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 0 Çapa göndərmək Çapa göndərmək
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir