Dərs 7.8 – Şərt budaq cümləsi

LEKTİON 7.8 – der Kausalsatz

Şərt budaq cümələsi unter welcher Bedingung?, in welchem Fall (hansı şərtlə?, hansı halda?) suallarına cavab verir və baş cümləyə wenn, falls (əgər) bağlayıcıları ilə qoşulur.

Budaq cümlədə söz sırası budaq cümlələr eçen olan adi qaydaya uyğundur (xəbər sonda). Şərt budaq cümələsi həm baş cümlədən əvəl, həmdə ondan sonra gələ bilər. Əgər baş cümlə budaq cümlədən sonra gəlirsə, onda baş cümlə felin təsrif edilən (dəyişilən) hisəsi ilə başlayır. Baş cümlədə so (belə, onda) və ya dann (onda) korelyatı işlədilə bilər:

Ich kann dir alles erklären, wenn du etwas nicht verstehst.
Mən sənə hər şeyi izah edə bilərəm, əgər nəyisə başa düşmürsənsə.

Wenn du etwas nicht verstehst, (so) kann ich dir alles erklären.
Əgər nəyisə başa düşmürsənsə, (onda) mən sənə hər şeyi izah edə bilərəm.

Baş cümlədən öndə gələn şərt budaq cümləsi bağlayıcısız da baş cümləyə qoşula bilər. Bu halda o felin təsrif edilən (dəyişən) hissəsi ilə başlayır:

Verstehst du etwas nicht, (so) kann ich dir alles erklären.
Əgər nəyisə başa düşmürsənsə, (onda) mən sənə hər şeyi izah edə bilərəm.

Şərt budaq cümləsi real və ya qeyri-real ola bilir.
Qeyri-real şərt budaq cümləsində fel arzu formasında olur (Konjunktiv II), baş cümlədə də felin arzu formasından istifadə edilir:

1) Real şərt budaq cümləsində baş cümlədə icra edilən hərəkətin real şərti göstərilir və fel real (Indikativ – gerçəklik) formada olur.

Wenn das Wetter am Nachmittag gut ist, so geht er spazieren.
Əgər günortadan sonra hava yaxşı olsa, onda gəzməyə gedərik.

2) Qeyri-real şərt budaq cümləsində fel arzu formasında olur (Konjunktiv II), baş cümlədə də felin arzu formasından istifadə edilir. Bu zaman Präteritum Konjunktiv və Plusquamperfekt Konjunktiv formasının içlənilməsi mümükündür.

Präteritum Konjunktiv indiki və gələcək zamanda qeyri-real (potensial mümükün olmayan) hərəkəti bildirir.

Wenn das Wetter am Nachmittag gut gewesen wäre, so wäre er spazieren gegangen.
Günortadan sonra hava yaxşı olsaydı, gəzməyə gedərdik.

Plusquamperfekt Konjunktiv geyri-real hərəkətin keçmişdə olduğunu göstəririr.

Wenn das Wetter am Nachmittag gut gewesen wäre, so wäre er spazieren gegangen.
Günortadan sonra hava yaxşı olmuş olsaydı, onda o gəzməyə getmiş olardı.

MƏNBƏ: www.deutsch.az

Bəyəndinizsə paylaşın:Share on Facebook1Share on Google+0Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 2 Çapa göndərmək Çapa göndərmək
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir