
LEKTİON 3.1 – Das Tempus
Zaman formalarından danışarkən demək lazımdır ki, ümumiyyətlə hərəkət ancaq üç zaman daxilində mövcuddur:
1. indiki zaman
2. keçmiş zaman
3. gələcək zaman
Bu zamanlardan kənar hərəkət yoxdur. Amma grammatik çalarlarına görə bu zamanlar dilçilikdə müxtəlif grammatik zaman formalarına bölünürlər.
Bu isə o deməıkdir ki, hər bir dilin öz qrammatik zaman qanunları və qaydaları vardır. Məsələn alman dilində üç zaman daxilində baş verən hərəkətlərin 6 qrammatik zaman forması mövcuddur:
1. indiki zaman: cəmisi 1 qrammatik ifadə forması vardır:
Präsens
2. keçmiş zaman: cəmisi 3 qrammatik ifadə forması vardır:
Imperfekt
Perfekt
Plusquamperfekt
3. gələcək zaman: cəmisi 2 qrammatik ifadə forması vardır:
Futurum I
Futurum II
Azərbaycan dilində bu qrammatik zaman formaları Sizə tamamilə aydın olsun deyə azərbaycan dilinin bir felini alman dilinin bu zaman formalaraı üzrə dəyişək. Bu dəyişmə Sizə imkna verəcək ki, alman dilinin hansı zaman forması azərbaycan dilinin hansı zaman forması ilə eyniyyət təşkil edir.
Beləliklə, gəlin azərbaycan dilində olan öyrənmək felini birinci şəxs üçün, yəni mən şəxsi üçün elə azərbaycan dilində alman dilinin qarammatik zaman formaları üzrə dəyişək:
Präsens | öyrənirəm | İndiki zaman |
Imperfekt | öyrənirdim | Davamedici keçmiş zaman |
Perfekt | öyrəndim | İndiki bitmiş zaman |
Plusquamperfekt | öyrənmişdim | Keçmişdə keçmiş zaman |
Futurum I | öyrənəcə(yə)m | Qəti gələcək zaman |
Futurum II | öyrənəcə(k)ydim | Qeyri qəti gələcək zaman |
Beləliklə, biz alman dilinin qrammatik zaman formaları və onların hansı azərbaycan dili qrammatik zaman formasına uyğun gəlməsinə dair müxrəsər ümumi məlumat əldə etdik. İndi isə həmin zaman formalarının düzəldilməsi və işlədilməsi yerlərin haqqında qaydalar ilə daha yaxından tanış olmaq üçün keçid alırıq 20-ci dərsə, yəni Präsens zaman formasına. Sizə uğurlar.
MƏNBƏ: www.deutsch.az