Siz buradasız
Leksik təhlil Azərbaycan Dili 

Leksik təhlil

Leksik təhlil aparılarkən aşağıdakılar göstərilir: Sözün leksik mənası; Həqiqi və məcazi mənada işlənməsi; Sözün çoxmənalı və ya təkmənalı olması; Omonim, sinonim yaxud da antonim səciyyəli olub-olmaması; Ümumişlək olub-olmaması; Mənşəyinə görə hansı dilə məxsus olması. Leksik təhlil nümunələri: «Qələm» Leksik mənası — «yazı aləti». Həqiqi mənada işlənir. Omonim deyil, xüsusi isimdir. Sinonimi yoxdur. Antonimi yoxdur. Ümumişlək sözdür. Alınma sözdür. «Qazanc» Leksik mənası – «gəlir». Həqiqi mənada işlənir. Müəyyən məqamlarda məcazi mənada da işlənə bilər. Omonim söz deyil. Sinonimləri «fayda, mənfəət» sözləridir. Antonimi «itki» sözüdür. Ümumişlək sözdür. Əsl Azərbaycan sözüdür. «Mehriban» Leksik…

Ətraflı
Frazeoloji birləşmələr Azərbaycan Dili 

Frazeoloji birləşmələr

Dilimizdə iki cür söz birləşməsi mövcuddur: sərbəst söz birləşməsi, sabit söz birləşməsi. Sabit söz birləşməsinə frazeoloji birləşmələr də deyilir. Frazeoloji birləşmələr tərkibcə dəyişməz, bütövlükdə məcazi bir mənanı bildirən sabit söz birləşmələridir. Məsələn, dabanına tüpürmək (qaçmaq), dilini saxlamaq (susnıaq), yanıb tökülmək (heyifsilənmək), gözü su içməmək (inanmamaq), əldən düşmək (yorulmaq) və s. frazeoloji birləşmələrdir. Frazeoloji birləşmələr dildə hazır şəkildə olur. Onların bəzilərini bir sözlə əvəz etmək mümkündür. Məsələn, ağzına su alıb oturmaq – susmaq, başa salmaq – anlatmaq, yada salmaq – xatırlamaq və s. Frazeoloji birləşmələri təşkil edən sözlər iki və daha…

Ətraflı
Dialekt (şivə) sözləri Azərbaycan Dili 

Dialekt (şivə) sözləri

Dialekt sözləri yalnız bəzi rayon və kəndlərdə yaşayanların işlətdiyi sözlərdir. Məsələn: hancarı (necə), nimdər (döşəkcə), əppək (çörək) və s. Dialekt sözlərin ədəbi dildə qarşılığı vardır. Məslən, lapdan (dialektdə) – birdən (ədəbi dildə), cəviz (dialektdə) qoz (ədəbi dildə), maş (dialektdə) – lobya (ədəbi dildə), əlləşmək (dialektdə) – savaşmaq (ədəbi dildə), qənbər (dialektdə) – daş (ədəbi dildə) və s. Dilimizdə elə dialekt sözlər olub ki, onlar bir müddət sonra ümumişlək sözə çevrilib. Məsələn, sayrışmaq, tərəcə, qəlbi, qənşər və s. Dialekt sözləri ədəbi dilin lüğət tərkibinə daxil deyil. Onlar ədəbi dilin ümumişlək olmayan…

Ətraflı
Terminlər Azərbaycan Dili 

Terminlər

Müxtəlif elm sahələrinə aid olan peşə və ixtisas sözlərinə terminlər deyilir. Bir qayda olaraq, bu sözlər müəyyən elm sahələrində çalışan şəxslər tərəfindən başa düşülür. Hər bir elm sahəsinin özünəməxsus terminləri var. Məsələn, həkim: validol, angina, pnevmoniya, hipertoniya; riyaziyyatçı: tənlik, çoxhədli, inteqral, sinus, tangens, bioloq: hüceyrə, sitoplazma, mitoxondri, xromosom; musiqiçi: piano, forte, soprano, bas, tenor sözlərini başqa ixtisas sahiblərinə nisbətən daha çox işlədir. Terminlərin çoxu alınma mənşəlidir, ancaq milli mənşəli tenninlər də var. Milli mənşəli terminlər daha çox dilçilik, ədəbiyyatşünaslıq, tarix, fəlsəfə kimi humanitar fənlərlə bağlıdır. Terminlər iki yerə bölünür: Yalnız termin…

Ətraflı
Yeni sözlər (neologizmlər) Azərbaycan Dili 

Yeni sözlər (neologizmlər)

Cəmiyyətin inkişafı nəticəsində bəzi məfhumların və onları bildirən sözlərin köhnəlib aradan çıxdığı kimi bir sıra yeni məfhumlar və bunları bildirən yeni sözlər də yaranır ki, bunlar da neologizmlər adlanır. Leksikada yaranan yeni sözlər və ya neologizmlər (yunanca neos -yeni, loqos – söz deməkdir) ən çox elm və leksikanın inkişafı ilə bağlıdır. Məsələn, maqnitofon, kompüter, printer, skaner, özəlləşdirmə, soyqırım, nəfəslik, işbirliyi, soykökü, yayım, cangüdən, çağdaş, bölgə, açıqca, soyad, soydaş, durum və s. Neologizmlərin bir hissəsi başqa dillərdən alınma yolla yaranır. Məsələn, kompüter, mer, faks, menecer, biznesmen, ekologiya, spiker, investisiya, birja, distribüter,…

Ətraflı
Sinonimlər Azərbaycan Dili 

Sinonimlər

Yazılışı və deyilişi müxtəlif olan, lakin eyni və ya yaxın leksik mənaları bildirən sözlər sinonimlər adlanır. Belə sözlər üç və üçdən daha çox oldaqda sinonimlər cərgəsi adlanır. Məsələn, igid – cəsur – qəhrəman – qoçaq – qorxmaz gözəl – qəşəng – göyçək – yaraşıqlı vahid – bir – tək – yalqız – yegaırə nəm-yaş -islanmış gödək – alçaq – qısa var – dövlət – sərvət Sinonimlər iki yerə bölünür: mütləq sinonimlər, nisbi sinonimlər. Mütləq sinonimlər hər zaman bir-birini əvəz edə bilir. Onlar bir sözün müxtəlif formalarla adlandırılması nəticəsində yaranır. Məsələn,…

Ətraflı
Sözün həqiqi və məcazi mənası Azərbaycan Dili 

Sözün həqiqi və məcazi mənası

Sözün ilkin mənası onun həqiqi mənası adlanır. Sonradan qazandığı, törəmə mənası isə məcazi mənası olur. Məsələn, göz sözü adamın gözü, hər hansı canlının gözü ifadələrində əsas; bulağın gözü, yaranın gözü, gözə gəlmək, göz oxşamaq ifadələrində isə törəmə mənalardadır. Çoxmənalı sözün əsas mənası həqiqi, törəmə mənası isə məcazi şəkildə olur. Aşağıda bir neçə sözün həqiqi və məcazi mənaları verilmişdir. söz həqiqi mənada məcazi mənada qızıl qızıl üzük qızıl payız ağır ağır yük ağır xasiyyət daş daş bina daş ürəkli şirin şirin meyvə şirin söz duman dumanlı hava dumanlı fıkir Dilimizdə daha çox…

Ətraflı
Təkmənalı və çoxmənalı sözlər Azərbaycan Dili 

Təkmənalı və çoxmənalı sözlər

Yalmz bir leksik mənası olan sözlər təkmənalı sözlər adlanır. Məsələn: sərçə, dəniz, qırmızı, buzov və s. Bir neçə leksik mənası olan sözlər çoxmənalı sözlər adlanır. Çoxmənalı sözlər müəyyən cəhətdən bir-birinə oxşar əşyaları, yaxud hərəkət və əlaməti bildirir. Əlavə mənalar mütləq əsas məna ilə bağlı olur. Sözün çoxmənalı olması, əsasən, onun məcazi mənada işlənməsi ilə yaranır. üz – kitabın üzü, südün üzü, adamın üzü və s. maşın – minik maşını, tikiş maşını, ət maşını və s. çəkmək – ipi çəkmək, yol çəkmək, sıxıntı çəkmək və s. acı – acı dərman, acı…

Ətraflı
Leksikologiya. Sözün leksik və qrammatik mənası. Azərbaycan Dili 

Leksikologiya. Sözün leksik və qrammatik mənası.

Bizi əhatə edən aləmdə hər bir əşya, hərəkət, əlamət, hadisə və s. müəyyən bir sözlə ifadə olunur. Bu sözlər dilin lüğət tərkibini təşkil edir. Dilin lüğət tərkibindəki sözlərin cəmi leksika (yunanca leksis -söz, ifadə deməkdir) adlanır. Dilçiliyin leksikasını öyrənən bölməsi leksikologiya adlanır. Leksikologiyada sözlərin mahiyyəti, onların formaca və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir. Sözün leksik və qrammatik mənası Hər bir sözün ifadə etdiyi məna onun leksik mənası adlamr. Sözlərin leksik mənası izahlı lüğətlərdə verilir. Sözün leksik mənası müxtəlif yollarla izah olunur: Sözün məzmununu, əlamət və xüsusiyyətlərini…

Ətraflı
Translate »