
LEKTİON 4.2 – das Geschlecht der Substantive
Azərbaycan dilində isimlərin cinsindən danışılarkən yalnız bioloji cins, yəni yalnız canlı isimlər üçün “erkək” və“dişi” anlayışları başa düşülür. Alman dilində isə bir sıra digər dillərdə olduğu kimi canlı və cansız isimlər 3 cinsə bölünür:
1. kişi
2. orta
3. qadın
İsimlərin cinsini alman dilində artikl adlanan köməkçi sözlər göstərir. Artikllər ismin əvvəlində ondan ayrıca yazılaraq işlənir. Artikl nədir və hansı forma və qarmmatik paradiqmalara, yəni özünəməxsusluqlaraə malik olduğunu nəzərdən keçirək. Əvvəlcə ondan başlayaq ki, artikllər müəyyən və qeyri müəyyən olmaqla 2 yerə ayrılır:
hər bir cins üçün t ə k d ə |
bütün cinslər üçün c ə m d ə |
der kişi cinsi |
die qadın cinsi |
das orta cins |
die bütün cinslər üçün |
der Tisch – stol der Kuli – diyircəkli qələm der Wagen – avtomobil der Student – tələbə der Schüler – şagirddie Stadt – şəhər die Post – poçt die Nummer – nömrə, hoteldə otaq die Schule – məktəb die Tür – qapı das Hotel – hotel, mehmanxana |
die Tische – stollar die Kulis – diyircəkli qələmlər die Wagen – avtomobillər die Studenten – tələbələr die Schüler – şagirdlərdie Städte – şəhərlər die Posten – poçtlar die Nummern – nömrələr, hoteldə otaqlar die Schulen – məktəblər die Türen – qapılar die Hotels – hotellər, mehmanxanalar |
hər bir cins üçün t ə k d ə |
c ə m d ə |
ein kişi cinsi |
eine qadın cinsi |
ein orta cinsi |
— mövcud deyil |
ein Tisch – stol ein Kuli – diyircəkli qələm ein Wagen – avtomobil ein Student – tələbə ein Schüler – şagirdeine Stadt – şəhər eine Post – poçt eine Nummer – nömrə, hoteldə otaq eine Schule – məktəb eine Tür – qapı ein Hotel – hotel, mehmanxana |
— Tische – stollar — Kulis – diyircəkli qələmlər — Wagen – avtomobillər — Studenten – tələbələr — Schüler – şagirdlər— Städte – şəhərlər — Posten – poçtlar — Nummern – nömrələr, otaqlar — Schulen – məktəblər — Türen – qapılar — Hotels – hotellər, mehmanxanalar |
MƏNBƏ: www.deutsch.az