Siz buradasız
Sözün başlanğıc forması Azərbaycan Dili 

Sözün başlanğıc forması

Sözün qrammatik şəkilçiyə qədər olan hissəsi sözün başlanğıc forması adlanır. Sözün başlanğıc forması onun leksik mənasını bildilən hissəsidir. Məsələn, üz,-ür, üzgüçü-nün, üzgüçülük-də, qaz-ırdı, qazma–da, qazmaçı–ya, qazmaçılıq–da və s. Sözün başlanğıc forması ︺ işarəsi ilə göstərilir. İsimlərin başlanğıc forması adlıq hala uyğun gəlir. Məsələn, dəftər, mağaza, suçu, kitabxana, və s. Bəzi sözlərdə az hallarda başlanğıc formada leksik şəkilçidən əvvəl qrammatik şəkilçilər də gələ bilər. Məsələn, xalamgil, dayımgil, həyətimizdəki, və s. Lüğətlərdə sözlər yalnız başlanğıc formada verilir. Sözlərin hansı nitq hissəsinə aid olması, quruluşca növü onların başlanğıc formasma görə müəyyən edilir. Lüğətlərdə fellərin başlanğıc forması…

Ətraflı
Şəkilçilərin yazılışı Azərbaycan Dili 

Şəkilçilərin yazılışı

Dilimizdə dörd cür, iki cür və bir cür yazılan şəkilçilər vardır. Dörd cür yazılan şəkilçilərin tərkibində qapalı saitlər -ı, i, u, ü iştirak edir. Dörd cür yazılan şəkilçilərin üzərində 4 yazılır. Dörd cür yazılan şəkilçilər: -in, -ın, -un, -ün = -in4; -dı, -di, -du, -dü = -dı4; -çı, -çi, -çu, -çü = -çı4; -lı, -li, -lu, -lü = -lı4; -sız, -siz, -suz, -süz = -sız4 və s.   İki cür yazılan şəkilçilərin tərkibində a və ə açıq saitləri iştirak edir. Digər açıq şəkilçilər, yəni e, o, ö öz sözlərimizin son hecalarında…

Ətraflı
Eyniköklü sözlər Azərbaycan Dili 

Eyniköklü sözlər

Eyni kökdən əmələ gələn sözlər eyniköklü sözlər adlanır. Məsələn, ək–əkin-əkinçi, su–suçu-sulamaq-sulu, bağ– bağça-bağban-bağçı-bağlıq-bağsız-bağçı, kəs(mək)-kəskin- kəsik-kəsici və s. Eyniköklü sözlər kökləri eyni olan düzəltmə sözlərdir. Onlar eyni kökə leksik şəkilçilər artırmaqla düzəlir. Eyniköklü sözlər, nümunələrdən göründüyü kimi, həm eyni bir nitq hissəsinə, həm də müxtəlif nitq hissələrinə aid ola bilir. Məsələn, gül ismindən düzəlmiş gülçü-güllük-güldan eyni- köklü sözlərinin hamısı isimdir. Ot ismindən düzəlmiş otlaq-otlu-otla sözlərinin isə birincisi isim, ikincisi sifət, üçüncüsü feldir. Eyniköklü sözlər formasına görə də dəyişə bilir, yəni isimlər hallanır, mənsubiyyətə görə dəyişir, cəmlənir, şəxs (xəbərlik) şəkilçisi qəbul edir;…

Ətraflı
Söz yaradıcılığının əsas vasitələri Azərbaycan Dili 

Söz yaradıcılığının əsas vasitələri

Sözyaradıcılığı dil haqqında elmin bir bölməsidir. Burada sözlərin hansı üsul və vasitələrlə yaranması öyrənilir. Dilimizdə söz yaradıcılığı leksik və qrammatik üsullara əsaslanır. Sadə sözlər leksik yolla, düzəltmə və mürəkkəb sözlər qrammatik yolla yaranır. Sözlərin leksik yolla əmələ gəlməsi alınma sözlər, dialekt sözləri və çoxmənalı sözlər hesabına olur. Hər bir dildə olduğu kimi, bizim dilimizdə də başqa xalqların (xüsusilə, ərəb, fars və rus) dillərindən alınmış çoxlu sayda sözlər vardır. Məsələn, futbol, maşın, kompyuter, kino, ibadət, mehriban, məktəb və s. Bəzi dialekt sözlər zaman keçdikcə geniş yayılaraq lüğət tərkibinin ümumişlək sözünə çevrilir….

Ətraflı
Translate »